PSJ-də “Zidan” səsləri

PSJ rəhbərliyi baş məşqçi Kristof Qaltenin rəhbərliyi altında komandanın son nəticələrindən narazıdır.

Parislilər bir həftə ərzində ardıcıl üç məğlubiyyət alıblar: Fransa kubokunun 1/8 finalında “Marsel”dən (1:2), Liqa 1-də “Monako”dan (1:3) və Çempionlar Liqasında “Bayern”dən (0:1).

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, bu məğlubiyyət seriyası Qaltenin baş məşqçi postundakı mövqeyini zəiflədib. Ardıcıl dördüncü məğlubiyyət PSJ-nin sahibləri üçün problem olacaq. Rəhbərlik növbəti iki matçın nəticələrini diqqətlə izləyəcək: Liqa 1-də “Lill” və “Marsel”lə oyunları.

PSJ-nin rəhbərləri təkcə nəticələrdən deyil, həm də, komandanın oyunundan narazıdırlar. Xüsusilə, Çempionlar Liqasında “Bayern”lə matçın ilk yarısından.

Klubun sahibləri fransalı mütəxəssis Zinəddin Zidanın PSJ-yə baş məşqçi gəlməsini arzulayır. Artıq il yarımdır ki, tərəflər əlaqə saxlasalar da, Zidan Fransa yığmasında işləməyə üstünlük verir. Didye Deşamın Fransa millisi ilə müqaviləsinin uzadılması halında vəziyyət dəyişə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button