
PSJ-də Mbappe sevinci
Fransa Liqa 1-in növbəti turunda “Lion”la qarşılaşacaq PSJ-nin zədəli futbolçusu sağalıb.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun 20 yaşlı hücumçusu Kilian Mbappe zədəsini sağaldıb. Liqa 1-in 3-cü turunda “Tuluza”yla oyunda (4:0) zədələnən futbolçunun “Lion”la qarşılaşmada meydanda olacağı gözlənilir.
Komandanın digər zədəlisi Edinson Kavaninin isə müalicə dövründə olduğu və fərdi məşqlər etdiyi bildirilir.
“Lion” – PSJ matçı sabah, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin