PSJ-də ayrılıq

Fransanın PSJ klubunun baş meneceri Jan-Klod Blan vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Paris klubundan getdiyini sosial şəbəkə hesabında açıqlayıb:

“Son on iki mövsüm mənim üçün böyük bir macəra oldu. PSJ-nin beynəlxalq idman gücünə çevrilməsinə kömək etdiyim üçün fəxr edirəm”.

Fransa mətbuatı Jan-Klod Blanın yeni layihə üzərində işləmək üçün PSJ-dən ayrıldığını iddia edib. Onun bundan sonra “Nitsa” klubunda çalışacağına dair xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button