Asensio PSJ-də 47 oyuna etdiyini “Aston Villa”da 8 matçda bacardı

Marko Asensio PSJ-dən icarə əsasında çıxış etdiyi “Aston Villa”da özünü yaxşı tərəfdən göstərməyi bacarır.

29 yaşlı futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin matçında (3:0) “Brügge”yə iki qol vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçunun artıq “Aston Villa”nın heyətində 8 oyunda 7 qolu var. O, bu sayda qolu vurmaq üçün PSJ-də 47 oyun keçirmişdi.

Asensio Parisə köçməzdən əvvəl “Real”da oynayıb. Onun “Aston Villa” ilə icarə müqaviləsi mövsümün sonunda başa çatacaq, ancaq Birmingem klubu onu almaqda maraqlıdır.

Çempionlar Liqasının 1/4 final mərhələsində “Aston Villa” PSJ ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button