PSJ-dən “Renn”ə 20 milyonluq transfer

Fransanın PSJ klubu hücumçusu Arno Kalimuendo ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 20 yaşlı forvard Liqa 1-in digər təmsilçisi “Renn”ə transfer olunub. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Fransalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. “Renn” bu keçidə görə parislilərə 20 milyon avro ödəyib.

Arno Kalimuendo PSJ-nin öz yetirməsidir. O, Paris klubunun əsas komandasında cəmi 5 oyuna çıxıb. Gənc forvard son iki mövsümü “Lans”da icarədə keçirib. O, bu komandada 65 oyunda 21 qol vurub. Kalimuendo Fransanın U-21 yığmasına da dəvət alır.

PSJ digər gənc futbolçusu Tyerno Baldeni də “Trua”ya satıb. Lakin bu transferin detalları açıqlanmayıb. Fransadan olan 20 yaşlı müdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. PSJ-nin əsas komandasında oynamaq şansı qazanmayan futbolçu, geridə qalan mövsümdə “Havr”da icarədə olub, burada 31 oyuna çıxıb.