
PSJ-dən növbəti transfer – Rəsmi
PSJ növbəti keçidini rəsmiləşdirib.
Komanda.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, Fransa çempionu uruqvaylı Manuel Uqarteni heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Uqarte son olaraq Portuqaliyada “Sportinq”in uğurları üçün çalışıb.
PSJ daha əvvə Milan Skriniar və Marko Asensionun transferini açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin