PSJ-də gərginlik – Mbappe Neymara qarşı

PSJ-nin hücumçusu Kilian Mbappe klub rəhbərliyindən komanda yoldaşı Neymarı satmağı xahiş edib.

Komanda.az “French Football News”-a istinadən xəbər verir ki, futbolçular arasında münasibət gərgindir. Komandada tam ştatlı penalti oyunçusunun müəyyənləşməməsi vəziyyəti daha da gərginləşdirib.

İddia olunur ki, ötən mövsümün sonunda Mbappe klub rəhbərliyindən braziliyalını satmalarını istəyib.

Bu yay xarici mətbuat Neymarın PSJ-dən ayrılaraq, “Barselona”ya qayıda biləcəyini yazmışdı. 30 yaşlı forvardın PSJ ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

PSJ Fransa çempionatının iki turundan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button