PSJ də danimarkalını “qaralayıb”

“Atalanta”nın hücumçusu Rasmus Hoylund karyerasını Fransada davam etdirə bilər.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, PSJ 20 yaşlı forvardı transfer etməkdə iddialıdır. Danimarkalı forvardla “Mançester Yunayted” də maraqlanır.

Öncədən Berqamo təmsilçisinin onu 100 milyon avroya satmağa hazır olduğu bildirilirdi.

Hoylund 2022-ci ilin avqustundan “Atalanta”da çıxış edir. O, 2022/23 mövsümündə İtaliya klubunda 34 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button