PSJ-də baş məşqçi ilə bağlı qərar veriləcək

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın çalışdırıcısı Kristof Qaltenin gələcəyini həll edəcək toplantının keçirilməsini istəyir.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, böyük ehtimalla, toplantıda fransalı mütəxəssisin istefaya göndərilməsi ilə bağlı qərar veriləcək.

Qaltedən sonra PSJ-nin baş məşqçi postuna əsas namizəd artıq 2018-2020-ci illərdə komandaya rəhbərlik etmiş Tomas Tuxeldir.

PSJ 1/8 finalda “Bayern”ə uduzaraq (0:1; 0:2), UEFA Çempionlar Liqasından kənarda qalıb.

Qalte 2022-ci ilin iyulundan PSJ-yə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button