Neymar Çempionlar Liqasının tarixinə düşdü
PSJ Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda Türkiyə təmsilçisi “Başakşəhər”i darmadağın edib – 5:1.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə het-trik edən Neymar, Çempionlar Liqasının tarixinə düşüb. Belə ki, braziliyalı hücumçu ÇL-də iki fərqli komanda ilə 20-dən çox qol vura bilən ilk futbolçu olub.
Neymar Çempionlar Liqasında PSJ ilə 20, “Barselona” ilə isə 21 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin