PSJ Bundesliqadan 3 futbolçu ilə maraqlanır
PSJ Almaniya Bundesliqasında çıxış edən üç fransalı futbolçu ilə müqavilə imzalamaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb. Məlumata görə, parislilər “Borussiya”nın (Münhenqladbax) iki futbolçusu – Markus Türam və Manu Kone, həmçinin “Ayntraxt”ın (Frankfurt) hücumçusu Randal Kolo Muanini hədəfə alıblar.
Frankfurt klubunun hücumçusunun transferi PSJ üçün prioritet məsələdir. “Mançester Yunayted” və “Bayern”in də maraqlandığı Kolo Muaninin transferi PSJ-yə 80-100 milyon avroya başa gələ bilər. Paris klubu “Ayntraxt”ın oyunçusunu ala bilməsə, yayda “Borussiya”dan ayrılacaq Türama üstünlük verəcək.
24 yaşlı Kolo Muani cari mövsümdə “Ayntraxt”da 30 oyunda 15 qol vurub, 14 məhsuldar ötürmə edib. 25 yaşlı Türam “Borussiya”nın heyətində 22 matçda 14 qol vurub və 4 məhsuldar ötürmə edib. 21 yaşlı Kone 20 oyunda cəmi 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
Bizi Facebook-da izləyin