“PSJ bu mövsüm Çempionlar Liqasını qazansa…” – Kaka

Braziliya millisinin keçmiş futbolçusu Kaka PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu, Neymarın dünyanın ən yaxşı futbolçusu ola biləcəyinə inandığını bildirib:

“Düşünürəm ki, Neymar dünyanın ən yaxşı futbolçusu olmağa yaxındır. PSJ bu mövsüm Çempionlar Liqasını qazansa, o, dünyanın ən yaxşı futbolçusu olacaq. Neymar PSJ-nin liderlərindən biridir. Onun böyük istedadı var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button