
PSJ-nin transfer etmək istədiyi 2 futbolçu
Fransanın PSJ klubu yayda iki futbolçu almağı planlaşdırır.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, bu futbolçular “Monako”nun yarımmüdafiəçisi Orelyen Tuçameni və “Barselona”nın vingeri Osman Dembeledir.
PSJ təmsilçiləri artıq Dembelenin agenti ilə görüşüb, onun mümkün transferini müzakirə ediblər.
Dembele 2021/22 mövsümündə “Barselona”nın heyətində 31 matçda 2 qol vurub və 13 məhsuldar ötürmə edib.
Tuçameni isə bu mövsüm “Monako”nun heyətində 47 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin