
Sabiq futbolçu PSJ-nin Donnarummanı satmasını “axmaqlıq” adlandırdı
“Napoli”nin sabiq futbolçusu Fauzi Qulam Canluici Donnarummanın bu yay PSJ-dən “Mançester Siti”yə keçidini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Paris klubunun böyük səhv etdiyini bildirib:
“PSJ böyük səhv etdi və Donnarummaya hörmətsizlik etdi. O, dünyanın iki və ya üç ən yaxşı qapıçıları arasındadır və “qızıl top”a ilk on namizəd arasında yer alacaq. Bunu izah edə bilmərəm, çünki bu, izaholunmaz seçimdir. Bu, axmaqlıqdır”.
İtaliyalı qolkiper 2021-ci ildən PSJ-də çıxış edirdi. O, Fransa klubunda 161 matç keçirib və bunlardan 56-sında qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



