
PSJ qvineyalı hücumçuya göz dikib
Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi karyerasını Fransa çempionatında davam etdirə bilər.
Komanda.az “Get Football News France”-a istinadən xəbər verir ki, 29 yaşlı forvardla PSJ maraqlanır.
Paris təmsilçisinin baş məşqçisi Luis Enrike yay transfer pəncərəsində Qirassini əsas hədəf kimi görür.
Qvineya millisinin üzvü olan futbolçunun bazar dəyəri 40 milyon avro qiymətləndirilir. Onun “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. O, 2024/25 mövsümündə Bundesliqada 29 oyuna çıxıb, 20 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



