“Lion” Nitsada uduzdu, “Monako” səfərdən 1 xalla döndü
Fransa Liqa 1-də 24-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son oyunlarda uğursuz çıxış edən “Marsel” “Dijon” səfərinə yollanıb və bu matçda nəhayət ki, qələbə qazanıb.
Turnir cədvəlinin vahid lideri PSJ öz meydanında “Bordo”nu sınağa çəkib. Parislilər bu görüşdə minimal hesabla üstün olublar. “Amyen” də “Kan”ı oxşar hesabla məğlub edib. “Strasburq” isə evdə “Anje”yə uduzub.
“Monako” bu turda “Monpelye” ilə, “Lion” isə “Nitsa”yla üz-üzə gəlib. Monpelyedəki qarşılaşmada qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. “Lion” isə Nitsada minimal hesabla məğlub olub.
Fransa Liqa 1, 24-cü tur
8 fevral
Dijon – Marsel 1:2
Qol: Marie, 18 – Balotelli, 56. Okampos, 74.
9 fevral
PSJ – Bordo 1:0
Qol: Kavani, 42-pen.
Strasburq – Anje 1:2
Qol: Prçiç, 87 – Kanqa, 35; 55.
Amyen – Kan 1:0
Qol: Konate, 64.
10 fevral
Monpelye – Monako 2:2
Qol: Lyabord, 66. Delor, 90-pen – J.Martins, 14. Falkao, 82.
Nant – Nim 2:4
Qol: Kulibali, 15. Varis, 38 – Baptiste, 47. Antonin, 69. Ferri, 85. Tiub, 89.
Tuluza – Reyms 1:1
Qol: Qradel, 81 – Oudin, 54.
Genqam – Lill 0:2
Qol: Leao, 47. Remi, 90-pen.
Renn – Sent-Etyen 3:0
Qol: Nyanq, 21. Ben Arfa, 87-pen. Hunu, 90.
Nitsa – Lion 1:0
Qol: R.Uolter, 69-pen.
Bombardir: Kilian Mbappe (PSJ) – 17 qol.
Bizi Facebook-da izləyin