Haland Fransa klubuna keçə bilərmiş
“Mançester Siti”nin hücumçusu Erlinq Haland bir vaxtlar PSJ-də Kilian Mbappenin yerini tuta bilərmiş.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubunun prezidenti Nasser Əl-Xələfi 2020-ci ilin sonunda norveçli forvard və ailəsi ilə bir neçə görüş keçirib, tərəflər onun mümkün transferini müzakirə ediblər.
Haland Mbappenin mümkün gedişində onu əvəz edə biləcək potensial oyunçu kimi görülüb. Ancaq bu fikir tezliklə unudulub. PSJ əvvəlcə planlaşdırılmayan Lionel Messi ilə müqavilə imzalayıb və Mbappeni saxlaya bilib.
Haland 2022-ci ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib, Mbappe isə 2024-cü ilin yayına kimi PSJ-də çıxış edib, sonra azad agent kimi “Real”a üz tutub. Əl-Xələfinin norveçli forvardla hələ də yaxşı münasibətdə olduğu bildirilir.
Bizi Facebook-da izləyin