PSJ baş məşqçisi ilə yollarını ayırdı
PSJ-nin 19 yaşadək futbolçulardan ibarət komandasını çalışdıran Tiaqo Motta vəzifəsindən ayrılıb.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında, braziliyalı sabiq futbolçunun Paris təmsilçisi ilə müqaviləsi ləğv edilib. Keçmiş futbolçunun Pro lisenziyası almaq üçün məşqçilik kursunda təhsil alacağı bildirilir.
2018-ci ilin yayında futbolçu karyerasını bitirən Motta, Paris klubunun gənclərdən ibarət komandasına fevraldan etibarən rəhbərlik edirdi. O, 2012-2018-ci illərdə PSJ-nin şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin