PSJ baş məşqçi məsələsinə görə hərəkətə keçib

Baş məşqçi Kristof Qalte PSJ-ni tərk edəcək.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Paris klubu müqaviləyə xitam vermək üçün baş məşqçi ilə aktiv danışıqlara başlayıb. Tərəflər yaxın vaxtlarda razılığa gəlməlidirlər.

Qaltenin bu həftənin ortalarına qədər vəzifəsindən azad ediləcəyi və PSJ-nin “sükanı arxasına” ispaniyalı mütəxəssis Luis Enrikenin keçəcəyi gözlənilir.

Qalte 2022-ci ilin yayından PSJ-ni çalışdırır. Komanda onun rəhbərliyi altında komanda Fransa çempionu olub və ölkə superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button