PSJ baş məşqçi ilə bağlı qərar verib
PSJ rəhbərliyi komandanın baş məşqçisi Luis Enrike ilə bağlı planlar barədə qərar verib.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, Fransa nəhəngi ispan mütəxəssislə əməkdaşlığı uzatmaqda maraqlıdır. Tərəflər arasında müqavilə gələn ilin yayında başa çatır. Danışıqlar prosesi hələ başlamamışdır, lakin məlumdur ki, hər iki tərəf yeni müqavilə imzalamaq istəyir.
Enrike ötən yaydan PSJ-ni çalışdırır. Komanda onun rəhbərliyi altında 3 kubok qazanaraq son UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.
İspaniyalı mütəxəssis Parisdə işləməmişdən əvvəl “Barselona”, “Roma”, “Selta” və İspaniya millisini çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin