PSJ “Barselona”nın prezidentini qəzəbləndirib

“Barselona”nın prezidenti Xuan Laporta Osman Dembelenin transferinə yaxın olan PSJ-nin davranışından narazıdır.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, “Barselona”nın prezidenti PSJ-nin cinah oyunçusu ilə müqavilə imzalamaq niyyətinə görə çox qəzəblidir. Laporta Dembeleni klubda qalmağa inandırmağa çalışsa da, bacarmayıb.

Bu gün “Barselona” Dembeleni saxlamaq üçün son cəhdini edəcək. Baş məşqçi Xavi komanda üçün nə qədər vacib olduğunu xatırlatmaq niyyəti ilə onunla görüş təyin edib. Buna baxmayaraq, “Barselona” rəhbərliyi pessimistdir və Dembelenin klubdan ayrılacağına inanırlar.

Daha əvvəl məlum olmuşdu ki, PSJ Dembele ilə 5 illik müqavilə razılaşdırıb və “Barselona”ya 50 milyon avro təzminat ödəməyə hazır olduğunu bildirib.

26 yaşlı futbolçu ötən mövsüm 35 oyunda 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button