PSJ “Barselona”nın istədiyi futbolçuya iki dəfə çox maaş təklif edir

PSJ Niko Uilyams uğrunda mübarizədə “Barselona”nı qabaqlamaq istəyir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Paris nəhəngi ispaniyalı futbolçuya Kataloniya klubunun təklif etdiyindən iki dəfə çox pul ödəməyə hazırdır.

PSJ-nin baş məşqçisi Luis Enrike 21 yaşlı vingerlə şəxsən maraqlansa da, Uilyamsın özü “Barsa”ya keçməyə daha çox meyillidir. Onun “Atletik”lə müqaviləsindəki sərbəst qalma bəndi 58 milyon avrodur.

Uilyams ötən mövsüm 48 oyun keçirib, 10 qol vurub və 24 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button