PSJ azarkeşləri “üsyan” edir – Etiraz aksiyası keçirəcəklər

PSJ azarkeşləri klub rəhbərliyindən narazıdırlar və komandanın qərargahı qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırlar.

Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, Liqa 1-də “Loryan”a məğlubiyyətdən (1:3) sonra azarkeşlər klubun məşq bazasına yollanıb, rəhbərlik, məşqçi və futbolçulardan şikayətləniblər.

Mayın 3-də isə ultraslar klub rəhbərliyinin qərargahı qarşısında etiraz aksiyası təşkil edəcəklər.

Komandanın azarkeşlərinin sosial media hesabında belə bir mesaj yerləşdirilib:

“Dəyişiklik vaxtıdır – PSJ öz ruhunu, Parisin ruhunu və əzəmətini yenidən kəşf etməlidir. Tədbir dinc keçəcək, hər şey mütəşəkkil və ağlabatan olmalıdır”.

PSJ 75 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button