PSJ azarkeşini cəzalandırıb – İrqçiliyə görə
PSJ bir azarkeşini komandanın yarımmüdafiəçisi Li Kanq İnlə bağlı söylədiyi fikirlərə görə cəzalandırıb.
Komanda.az xəbər verir ki, Paris klubu bu barədə sosial mediada açıqlama yayıb:
“PSJ irqçiliyin heç bir formasına dözmür. Li Kanq İn ilə insidentdə iştirak edən fanat həmişəlik olaraq fan-klubdan qovulub və futbolçudan məşqdən dərhal sonra üzr istəyib”.
Münaqişə PSJ-nin “Marsel”lə oyunöncəsi məşqində baş verib. Azarkeş Paris klubunun oyunçularını salamlayıb və cənubi koreyalı futbolçu Li Kanq İn meydana daxil olanda “irəli, çinlilərim” deyə, qışqırıb.
23 yaşlı yarımmüdafiəçi 2023-cü ildən PSJ-də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin