PSJ Asensio ilə bağlı qərar verib
PSJ futbolçusu Marko Asensionu satmaq variantını gözdən keçirəcək.
Komanda.az “Le Parisien”-əistinadən xəbər verir ki, 28 yaşlı vinger parislilərin start heyətində yerini itirib və bu səbəbdən də onun klubdan göndərilməsi məsələsi yenidən aktuallaşıb.
PSJ yanvarda Asensio üçün təklifləri nəzərdən keçirməyə hazırdır. Klub ispaniyalı oyunçunu satışa çıxarmır, lakin o, komandanı dəyişmək arzusunu ifadə edərsə, onun getməsinə mane olmayacaq.
Asensio 2023-cü ilin iyulunda azad agent kimi “Real”dan PSJ-yə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin