PSJ argentinalı hücumçu üçün hərəkətə keçir

PSJ “Atletiko”nun hücumçusu Xulian Alvaresin transferi ilə ciddi şəkildə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər bir neçə həftədir potensial keçidin şərtlərini təhlil edir və futbolçunun özü də Luis Enrikenin rəhbərliyi altında oynamaq fikrinə müsbət yanaşır.

PSJ-nin baş məşqçisi Enrike argentinalı forvardı yüksək qiymətləndirir və onun komandanın hücum modelinə ideal uyğun olacağını düşünür.

“Atletiko” 25 yaşlı futbolçunu yalnız təxminən 120 milyon avroluq təklif gələcəyi halda satmağa hazırdır. O, cari mövsümdə La Liqada 12 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button