PSJ 3 xalı 5 qolla qazandı

Futbol üzrə Fransa çempionatında əvvəlki turlardan təxirə salınmış iki oyun keçirilib.

Komanda.az xəbər verir ki, 23-cü turdan təxirə salınan oyunda “Bordo” “Genqam”ı qəbul edib. Bu oyunda hesab açılmayıb.

17-ci turdan təxirə salınan PSJ – “Monpelye” matçı isə günün digər oyunundan fərqli olaraq, məhsuldar alınıb. 6 qolun vurulduğu görüşdə Paris təmsilçisi darmadağına sevinib və zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Fransa, Liqa 1

20 fevral

23-cü turun oyunu

Bordo – Genqam 0:0

17-ci turun oyunu

PSJ – Monpelye 5:1
Qol: Kurjava, 13. Di Maria, 45+1. Nkunku, 73. Hilton, 78-öz qapısına. Mbappe, 79 – Molle, 31.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button