PSJ 3 xalı 4 qolla qazandı

Fransa Liqa 1-də 33-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün görüşlər eyni günə təsadüf edib.

“Anje” evdə “Strasburq”a, “Brest” “Lill”ə, “Monako” Lion “Olimpik”inə, “Renn” də “Nitsa”ya qalib gəlib. “Havr” – “Olimpik” (Marsel) və “Reyms” – “Sent Etyen” görüşlərində qonaqlar qələbəyə seviniblər. “Monpelye”nin qonağı olan PSJ də darmadağına sevinib.

Sona bir tur qalmış 81 xalı olan PSJ vahid liderdir. Marsel “Olimpik”i 62, “Monako” 61, “Nitisa”, “Lill” və “Strasburq” 57, Lion “Olimpik”i 54, “Brest” 50 xal toplayıb.

Fransa Liqa 1
33-cü tur

10 may

Anje – Strasburq 2:1
Qollar
: Lepaul, 15; 48 – Bakva, 43.

Oser – Nant 1:1
Qollar
: Perrin, 45 – Leru, 45.

Brest – Lill 2:0
Qollar
: Ayork, 42. Dumbiya, 64.

Monako – Olimpik (Lion) 2:0
Qollar
: Minamino, 62. Zakariya, 68.

Monpelye – PSJ 1:4
Qollar
: Kulibali, 64 – Mayulu, 44. Q.Ramos, 49; 59-pen; 65.

Reyms – Sent Etyen 0:2
Qollar
: Tardeu, 3. Kardona, 41.

Renn – Nitsa 2:0
Qollar
: Kalimuendo, 15; 80.

Tuluza – Lans 1:1
Qollar
: Qboho, 47 – Əl-Aynaui, 61.

Havr – Olimpik (Marsel) 1:3
Qollar
: Sumare, 66 – Quiri, 56; 90+9. Qrinvud, 85.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button