PSJ 3 argentinalı ilə vidalaşacaq

PSJ yayda üç argentinalı futbolçu ilə vidalaşmaq niyyətindədir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, söhbət Anxel Di Mariya, Mauro İkardi və Leandro Paredesdən gedir. Argentinalı hücumçu Lionel Messi isə klubda qalacaq. Onun Paris klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir və daha bir mövsüm uzatmaq imkanı var.

Di Mariya PSJ-dən müqaviləsi başa çatdığı üçün ayrılacaq. Baxmayaraq ki, futbolçu özü PSJ-də qalmaq istəyir.

İkardinin isə çıxışı klub rəhbərliyini qane etmir.

Paredesin də komanda daxilində problem yaşadığı deyilir.

34 yaşlı Di Mariya bu mövsüm Liqa 1-də 20 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. 29 yaşlı İkardi 24 oyuna çıxıb və 4 qol vurub. Paredes isə PSJ ilə cari mövsümdə 15 matça çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button