PSJ 2 qapıçı arasında seçim edir

PSJ Canluici Donnarummanın ayrılacağı təqdirdə, özünə yeni qapıçı axtara bilər. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola italiyalı futbolçu ilə maraqlanır.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, parislilər İspaniya çempionatından iki qolkiperi nəzərdən keçirirlər. Paris klubu “Real”ın ukraynalı qapıçısı Andrey Lunin və “Valensiya”nın gürcü qolkiperi Georgi Mamardaşvili ilə maraqlanır. Hər iki futbolçunun transfer dəyəri 30-40 milyon avro civarında qiymətləndirilir.

Bu yay Rusiya millisinin qapıçısı Matvey Safonov PSJ-nin sıralarına qoşulub. Onun transferi fransızlara 20 milyon avroya başa gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button