Müqaviləsi uzadılacaq, maaşı artırılacaq
PSJ yarımmüdafiəçisi Uorren Zair-Emerini klubda saxlamaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər futbolçu ilə müqaviləni uzatmağa və onun maaşını xeyli artırmağa hazırdırlar.
Zair-Emeri 2014-cü ildə PSJ akademiyasına qoşulub. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Fransalı futbolçu 2023/24 mövsümündə Liqa 1-də 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin