
ÇL: “Bu, ləyaqətli bir məğlubiyyətdir”
İtaliyalı mütəxəssis Fabio Kapello UEFA Çempionlar Liqası çərçivəsində keçirilən “Real” – “Yuventus” qarşılaşmasını dəyərləndirib.
Oyun Çud Bellingemin 57-ci dəqiqdə vurduğu qolla madridlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komanda.az xəbər verir ki, Kapello “Sky Sport”-a açıqlamasında “Yuventus”un oyununu müsbət qiymətləndirib:
“Psixoloji baxımdan bu, ləyaqətli bir məğlubiyyətdir. Komandaya xeyir gətirəcək, çünki bu oyun onların güclü rəqiblərlə mübarizə apara biləcəyini göstərdi. Bu, dönüş nöqtəsi ola bilər. Qarşıdakı üç matçda qələbə qazanmaq üçün bütün şanslar var”.
İqor Tudorun rəhbərlik etdiyi “Yuventus” bütün turnirlərdə artıq 7 oyundur qələbə qazana bilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



