Prosineçkinin istefası qəbul olunmadı
Bosniya və Herseqovina Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçisi Robert Prosineçkinin istefasını qəbul etməyib.
Komanda.az xəbər verir ki, bu barədə federasiyanın İcraiyyə Komitəsi qərar verib.
Bu gün baş tutan iclasda Prosineçkiyə tam dəstək verilib. Xorvatiyalı mütəxəssisin müqaviləsi bitənədək – AÇ-2020-nin seçmə mərhələsinin sonunadək vəzifəsində qalacağı açıqlanıb. Azərbaycan milisinin sabiq çalışdırıcısı da rəhbərliyin bu qərarına hörmətlə yanaşdığını və işinə davam edəcəyini bildirib.
Qeyd edək ki, Prosineçki sentyabrın 8-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Ermənistana 2:4 uduzduqları oyundan sonra istefa vermişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin