Fanatlar Prosineçkiyə görə yeni baş məşqçini mətbuat konfransından qovdu – VİDEO

Sloveniyanın “Olimpiya” (Lyublyana) klubunun azarkeşləri baş məşqçi Robert Prosineçkinin istefaya göndərilməsindən narazıdır.

Komanda.az xəbər verir ki, “Olimpiya” azarkeşləri komandanın “sükanı arxasına” keçən Albert Ryeranın təqdimatı üçün təşkil olunan mətbuat konfransına basqın ediblər.

Üzlərində maska olan fanatlar ispaniyalı mütəxəssisə hədə-qorxu gəliblər. Nəticədə, Ryera konfrans zalını tərk edib.

Sloveniya mətbuatı Prosineçkinin klub rəhbərliyi ilə fikir ayrılığına və içki aludəçisi olduğuna görə qovulduğunu yazıb.

Prosinçeki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button