Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu
Futbol üzrə Bosniya və Herseqovina yığması, həmçinin İtaliya çempionu “Yuventus” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Miralem Pyaniç zədələnib.
O, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçirdikləri ev oyununda sıradan çıxıb. Oyunu davam etdirə bilməyən bosniyalı futbolçu 77-ci dəqiqəqə əvəzlənmək məcburiyyətində qalmışdı.
Bu zədə səbəbindən Pyaniç artıq millinin düşərgəsindən ayrılmaq məcburiyyətində qalıb. “Yuventus”un düşərgəsinə qayıdan oyunçunun durumuna yaxın günlərdə tam aydınlıq gələcək.
Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina millisi sabah AÇ-2020-nin seçmə mərhələsi çərçivəsindəki son matçında səfərdə Lixtenşteyn yığmasıyla üz-üzə gələcək.
Bizi Facebook-da izləyin