Prosineçki: “İş arzusu ilə alışıb-yanıram”

Futbol üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin Sloveniyanın “Olimpiya” komandasının “sükanı arxasına” keçdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 53 yaşlı xorvatiyalı mütəxəssis Lyublyana təmsilçisində qələbə ilə debüt edib. Onun rəhbərlik etdiyi komanda Xorvatiyanın 2-ci divizion klubu “Rudeş”ə qalib gəlib – 2:0.

Prosineçki yeni klubu ilə bağlı açıqlama da verib:

“Biz iki-üç günə razılıq əldə etdik. Sloveniyanın ən böyük klubunun yenidən zirvədə olması üçün hər şeyi edəcəyik. Komandanı xüsusən, mənəvi cəhətdən qaldırmaq lazımdır. Bundan ötrü köməkçilərim Qordan Tsipriç, Draqan Spasiç və qapıçılarla iş üzrə məşqçi Boban Baykoviçlə birlikdə çalışacağıq. İlyarımlıq fasilədən sonra iş arzusu ilə alışıb-yanıram”.

Sloveniya çempionatının sonuna 8 tur qalmış “Olimpiya” 3-cü yerdədir və lider “Maribor”dan 7 xal geri qalır.

Prosineçki futbolçu kimi 2002/2003 mövsümündə “Olimpiya”nın formasını geyinib.

O, 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button