Prosineçki həmyerlisini transfer etdi

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Super Liqa təmsilçisi mərkəz müdafiəçisi Oğuzhan Çapar və xorvatiyalı hücumçu Mario Şitumu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.

Oğuzhan Çapar TFF 1-ci liqa təmsilçisi “Balıkəsirspor”dan transfer olunub. 23 yaşlı futbolçu “Balıkəsirspor”un öz yetirməsidi və ilk dəfə fərqli bir kluba keçib.

Şitum isə Zaqreb “Dinamo”sundan transfer olunub. Prosineçkinin həmyerlisi məhz bu klubun yetirməsidi. Amma 27 yaşlı forvard müxtəlif vaxtlarda “Lokomotiva”, “Spetsiya”, “Lex” (Poznan) kimi klublarda icarədə də oynayıb. Mario Xorvatiya yığmasında da 2 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button