Ançelottidən prokurorluğa şikayət məktubu göndərildi
Valensiya şəhərinin Kiçik Səhmdarlar Assosiasiyası (APAVCF) İspaniya prokurorluğuna şikayət məktubu ünvanlayıb.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, həmin qurum artıq prokurorluğun şikayət məktubunu qəbul etdiyini bildirib:
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Valensiya”nı təhqir edib. Buna görə də, şikayət məktubu yazdıq və prokurorluğa göndərdik. Onlar da bunu qəbul etdilər.
“Valensiya” azarkeşlərinin təhqir edilməsi ilə bağlı mümkün cinayət işi araşdırılacaq. Şikayət nə haqdadır? Daha çox kluba və azarkeşlərə yönəlmiş mənəvi ziyanla bağlıdır. Bizim irqçiliklə bağlı ittiham olunmağımız yalandır”.
Kiçik Səhmdarlar Assosiasiyası 2022/23 mövsümündə İspaniya La Liqasının 35-ci turunun “Real” – “Valensiya” (0:1) matçından sonra italiyalı mütəxəssisi verdiyi açıqlamaya görə qınayıb. Çünki o, stadionda olan azarkeşlərin hamısının “Real”ın vingeri Vinisius Junioru “meymun” adlandırdığını demişdi.
Ançelotti iki gün sonra verdiyi açıqlamada fikirlərinə düzəliş etmişdi. O, yalnız bir qrup azarkeşin braziliyalı futbolçunu təhqir etdiyini demişdi.
Bizi Facebook-da izləyin