Prokuror apellyasiya şikayəti verdi – Blatter və Platininin işi ilə bağlı
İsveçrə prokurorluğu FİFA-nın keçmiş prezidenti Jozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platininin işi ilə bağlı apellyasiya şikayəti verib.
Komanda.az xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.
İsveçrə Federal Cinayət Məhkəməsi dələduzluq və korrupsiyada ittiham olunan sabiq futbol funksionerlərinə bəraət vermişdi.
İyulun 8-də məhkəmə keçmiş futbol funksionerlərinə 1 il 8 ay şərti həbs cəzası istəyən prokurorluğun tələbini təmin etməmişdi. Prokuror İsveçrə Federal Cinayət Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət verib və birinci instansiya məhkəməsinin qərarının tam ləğvini istəyir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin