Premyer Liqa klubları “Mançester Siti”yə qarşı – Daha ağır cəza istəyirlər
İngiltərə Premyer Liqasının bəzi klubları xalların mümkün birdəfəlik silinməsini “Mançester Siti” üçün maliyyə pozuntularına görə qeyri-kafi cəza hesab edirlər.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “şəhərlilər”in günahının böyük hissəsi sübuta yetirilərsə, alternativ olaraq, klubu ardıcıl bir neçə mövsüm xallardan məhrum etmək olar. Premyer Liqanın adı açıqlanmayan bəzi klublarının fikirləri belədir.
Futbol maliyyəsi üzrə ekspert Keran Maqure bildirmişdi ki, “Mançester Siti”nin maliyyə qaydalarını pozduğuna görə 100-ə qədər xalı silinə bilər.
2024-cü ilin fevralında Premyer Liqa rəhbərliyi elan edib ki, “Mançester Siti” 2009/10 mövsümündən başlayaraq, 2017/18 də daxil olmaqla, gəlirləri haqqında səhv məlumat verməkdə ittiham olunur. Bundan əlavə, “şəhərlilər” futbolçulara və məşqçilər heyətinə bonuslar barədə yalan məlumatlar təqdim ediblər.
Mançester klubunun maliyyə pozuntuları ilə bağlı iş üzrə dinləmələr bu ay baş tutmalıdır. İş üzrə hökm 2025-ci ilə qədər veriləcək.
Bizi Facebook-da izləyin