Premyer Liqa klubları “Arsenal”dan şikayət ediblər
Premyer Liqa klubları İngiltərədə futbol hakimliyinə cavabdeh olan quruma – PGMOL-a “Arsenal”dan şikayət ediblər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, klubların ötən mövsüm ərzində “oynamaq fəndləri” və “qaranlıq taktikalar”ın təkrar istifadəsi ilə bağlı narahatlıqları artıb.
“Arsenal” “Mançester Siti” ilə son Premyer Liqa matçında (2:2) iki qol vurub və hər iki halda “şəhərlilər”in narazılığı olub. Birinci halda Kayl Uolker hakimlə söhbətdən sonra öz mövqeyinə qayıtmadan “topçular” sürətlə cərimə zərbəsi yerinə yetiriblər, ikinci halda isə londonlular künc zərbəsi zamanı qapıçının qarşısını kəsiblər ki, bunu tez-tez edirlər.
“Arsenal”ın baş məşqçisi Mikel Artetadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin