Prezidentdən Pikeyə dəstək
“Barselona”nın prezidenti Xuan Laporta komandanın müdafiəçisi Jerar Pikenin durumu haqda danışıb.
Pike bir müddət əvvəl müğənni Şakiradan ayrılıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Laporta, futbolçunu tənqid etməməyə və çətin məqamda ona dəstək olmağa çağırıb:
“Pike çox əziyyət çəkən qeyri-adi bir insandır. Təsəvvür edirik ki, futbolçularda şöhrət, pul və istədikləri hər şey var. Ancaq onlar insanlar olaraq qalırlar və Jerar böyük insandır. Pike komandanın kapitanlarından biridir, o, klubda olduğu üçün çox şanslıdır. O, “Barselona”ya çox şey verib.
Azyaşlı uşaqların atası olan birinin belə vəziyyətə düşməsinə baxmayaraq, o, pərəstişkarlarının hər cür dəstəyinə və sevgisinə layiqdir. Onu hisslərdən məhrum, mənasız bir insan etməyə çalışan xəbərlərə qulaq asmayın”.
Daha əvvəl Pikenin “Barselona”dan ayrıla biləcəyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin