Prezidentdən etiraf: “Onu yüksək məvaciblə klubda saxlaya bilmərik”

Avropanın bir sıra klublarının diqqət mərkəzində olan “Lill”in futbolçusu Nikolya Pepe, yayda Fransa təmsilçisindən ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Lill”in prezidenti Jerar Lopes yerli mətbuata açıqlamasında deyib:

“Yayda 4-5 futbolçu klubdan ayrılacaq. Onlardan biri də Pepedir. Biz onu yüksək məvaciblə klubda saxlaya bilmərik. Özü seçimini edəcək”.

Pepe ilə “Barselona”, “Bavariya”, PSJ və “Arsenal” yaxından maraqlanır. Almaniya və Fransa mətbuatı Pepenin “Bavariya” ilə razılaşdığını iddia edir.

23 yaşlı hücumçu bu mövsüm Liqa 1-də iştirak etdiyi 32 oyunda 19 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button