Prezident şərtini açıqladı – Sergeyi buraxmaq üçün

“Latsio”nun prezidenti Klaudio Lotito Sergey Milinkoviç-Saviçin transferi ilə bağlı təkliflərə baxmağa razı olduğunu bildirib.

Komanda.az xəbər verir ki, Lotito bunun üçün müəyyən şərtlərinin olduğunu da vurğulayıb:

“Bir çox klublar Milinkovic-Saviçi almaq istəyir, bu, yaxşıdır. Amma qiyməti bəlli deyil, çünki satılmır.

Bununla belə, dünyanın ən yaxşı beş klubundan birindən böyük təklif gəlsə, Sergeyi saxlamaq üçün mübarizə aparmayacam”.

27 yaşlı serb yarımmüdafiəçinin keçidində “Mançester Yunayted”, PSJ və “Real” kimi klubların maraqlı olduğu bildirilirdi.

2021/2022 mövsümündə Milinkovic-Saviç İtaliya A Seriyasında 37 matçda iştirak edib, 11 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button