
Prezident Mini Futbol Federasiyasına 1 milyon manat ayırdı
Prezident İlham Əliyev Azərbaycan Mini Futbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Komanda.az xəbər verir ki, sərəncamla Azərbaycan yığma komandasının 2022-ci il mini futbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Mini Futbol Federasiyasına 1 milyon manat ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin