
Prezident La Liqa matçının ABŞ-da keçirilməsinin səbəbini açıqladı
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Vilyarreal” – “Barselona” oyununun ABŞ-da keçirilməsi qərarına münasibət bildirib.
Komanda.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu addımın əsas məqsədinin dünyadakı azarkeşlərə İspaniya futbolunu daha da yaxınlaşdırmaq olduğunu deyib:
“La Liqa milyonlarla azarkeşi birləşdirir, o cümlədən klublarını böyük ehtirasla izləyən xarici fanatları da. Onlar komandalarını həyatda heç olmasa, bir dəfə canlı görməyə layiqdirlər. Bu oyunun məqsədi məhz budur: futbolumuzu dünya azarkeşlərinə yaxınlaşdırmaq, həmçinin, İspaniyada stadionlarda hər oyunda dəstək verən fanatların önəmini azaltmadan”.
“Vilyarreal” və “Barselona” dekabrın 20-də ABŞ-da üz-üzə gələcək.
Bizi Facebook-da izləyin



