Prezident İlham Əliyev “Qarabağ”ı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Danimarkanın “Kopenhagen” klubu üzərində 2:0 hesablı qələbə qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Komanda.az həmin paylaşımı təqdim edir:

“Danimarka çempionu “Kopenhagen” Futbol Klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” Futbol Klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button