Prezident həbs olundu, Pato ayrılır
Çin təmsilçisi “Tyantzin Tyantsyan””da forma geyinən Aleşandro Pato klubu tərk edə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, Çin klubunun prezidentinin həbs olunmasıdır. “Tyantzin Tyantsyan” klubunun prezidenti Şu Yu Xinin sahibi olduğu dərman preparatları şirkətinin istehsal etdiyi məhsulun gənc qızın ölümünə səbəb olmasına görə, o, həbs olunub.
Prezidentin həbs olunmasının ardından komandada yaranan maliyyə problemləri səbəbindən Pato klubdan ayrılmaq niyyətindədir. 2019-cu ilin sonuna qədər “Tyantzin Tyantsyan” klubuyla müqaviləsi olan 29 yaşlı forvardla “Qalatasaray” və “Milan” yaxından maraqlanır.
Karyerası ərzində “Milan”, “Korintians”, “Çelsi”, “Vilyarreal” kimi klublarda forma geyinən Pato, 2017-ci ilin yanvarından “Tyantzin Tyantsyan” klubunda çıxış edir.
Pato 27 dəfə də Braziliya millisində forma geyinib.
Bizi Facebook-da izləyin