Prezident də təsdiqlədi: Argentinalı hücumçu “İnter”də qalacaq
Argentina millisinin hücumçusu Lautaro Martines “İnter”də qalacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Milan klubunun prezidenti Cüzeppe Marotta da təsdiqləyib:
“Hər birimiz Lautaro ilə yeni müqavilə bağlamağa razılaşdıq. Tezliklə müqavilə imzalanacaq”.
Tərəflər arasında razılaşma barədə məlumat ayın əvvəlində ortaya çıxıb, lakin məsələ hələ ki, rəsmi açıqlamaya çatmayıb.
26 yaşlı Martines ötən mövsüm bütün yarışlarda 44 matçda iştirak edib, 27 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin