Laporta “Barselona”nın “Kamp Nou”ya qayıdış vaxtını açıqladı

“Barselona”nın prezidenti Xuan Laporta komandanın “Kamp Nou”ya nə vaxt qayıdacağı ilə bağlı açıqlama verib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, kataloniyalıların artıq gələn mövsümdən doğma arenalarında oynamağı planlaşdırdığını bildirib:

“Planımız odur ki, növbəti mövsümdən etibarən “Kamp Nou”da çıxış edək. Tikinti işləri davam etdiyi müddətdə orada oyunlarımızı keçirəcəyik. Dekabrda stadionun 90 faizi hazır olacaq. Bütün işlərin isə 2026-cı ilin yayında başa çatdırılması nəzərdə tutulub. Hər şey plana uyğun getsə, “Vilyarreal”la oyun bizim üçün Olimpiya stadionundakı son qarşılaşma olacaq”.

“Barselona” bu mövsüm İspaniya çempionatının qalibi olub. Bundan əlavə, Hans-Diter Flikin komandası İspaniya kubokunu da qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button